Konfutsi
BDU nəzdindəki Konfutsi İnstitutunun növbəti qonağı
22/10/2012

2012-ci il oktyabr ayının 1-8 tarixlərində, ÇXR-in Mərkəzi Milli Universitetinin etnika və linqvistika üzrə mütəxəssisi, 2012-ci ildə Şanxay şəhərində keçirilən "İpək Yolu humanitar əməkdaşlıq" mükafatının sahibi, professor Xu Cenxua Azərbaycanın Xarici İşlər Nazirliyinin dəvəti ilə Bakıya, Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün gəldi. Azərbaycanda olduğu zaman professor Xu Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunu ziyarət etdi və Çin dili və mədəniyyəti mövzusunda iki elmi mühazirə keçirdi, saysız təsirə malik olan seminar və mədəni səfərlərdə iştirak edənlərin sayı 500 nəfərə çatmışdır.

3 oktyabr tarixində professor Xu Bakı Dövlət Universitetinin tarix fakultəsində, "Azərbaycanın və Çinin ənənəvi uzun tarixli dostluqu" mövzusunda, 300-dən çox tarixi vəziyyət haqqında, etnik, dini və siyasi biliklər haqqında akademik mühazirələr keçirdi və burada Çin tarixi və mədəniyyəti ilə bağlı bir çox elmi məsələləri müəllim və tələbələrə çatdırdı və onların suallarını cavablandırdı. Mühazirə sonunda 81 yaşlı professor Xu zal tərəfindən həvəslə alqışlandı, müəllimlər və tələbələr şəxsən Çinə getmək arzularını bildirdilər, sonda professor Xu iştirakçılarla xatirə şəkili çəkdirdi.

6 oktyabr tarixində professor Xu Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunda "Çin dilinin xarici dil kimi öyrənilməsi anlayışı və təəsüratları" mövzusunda mühazirə keçirdi. Mühazirədə Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, Çin tərəfindən direktoru, Konfutsi İnstitutunun bütün könüllü müəllim heyəti, bəzi yüksək səviyyə qrupunun tələbələri və s. iştirak etdilər, ümumi iştirakçıların sayı 40-a çatmışdır. Professor Xu Türkiyə və digər ölkələrdə Çin dilinin xarici dil kimi tədris etdiyi təcrübə ilə bölüşdü, eləcə də Çin dilinin tədrisində və Azərbaycanla Çin arasında dostluq körpüsünün yaradılmasındayeni metodları meydana çıxartdı; Çin dilinin tədrisində qəbul edən ölkənin dilini, mədəniyyətini, dinini bilməyinin vacibliyini vurğuladı. Mühazirənin sonunda professor Xu, müəllim və tələbələrə yaxşı təkliflər vermişdir, o, Çinli könüllü müəllimləri Azərbaycanda işləməyə çağırdı və Azərbaycan və Çin arasında dostluq münasibətlərinin yaradılmasında öz tövhələrini verdi.

Müəllim və tələbələrin iştirak etdiyi tədbirdə professor şəxsi zəngin təcrübəsinə əsaslanaraq Çin mədəniyyəti haqqında mühüm tövhələr verdi. Anxoy Universitetində tədris ilə məşğul olmaq istəyən gənc müəllimlərə isə professor səylə çalışmağı, yaxşı oxumağı, öz peşə səviyyəsini artırmağı və Çin ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsində köməklik göstərməyi məsləhət etdi.

Professor Xu Cenxuanın bir sıra səfərləri və mədəni tədbirləri Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunun təsirini və tanınma səviyyəsini artırdı, tədris işçilərinin Konfutsi İnstitutunun işinə, Çin dilinə və mədəniyyətinə marağını artırdı eləcə də iki ölkə arasında təhsil sahəsində sazişlərin bağlanması şansını artırdı, iki ölkə arasında dil və mədəniyyət dostluğunu irəli çəkdi.

Xəbəri çatdırdılar: BDU nəzdindəki Konfutsi İnstitutunun Çin tərəfindən direktoru dos.Hu Fenghua,

Konfutsi İnstitutunun müəllimləri Çen Lin, Yue Juiyin

Tərcümə etdi: Əliyeva C.E

 

Xəbərlər
Çin dili müsabiqəsinin qalibləri mükafatlandırılıb

10/12/2018

BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çin dili üzrə bu il ikinci dəfə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

 

Çinin Xefey şəhərində BDU-nun dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb

01/11/2018

Çinin Xefey şəhərindəki nüfuzlu Anxoy Universitetində Bakı Dövlət Universitetinin dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi açılıb

 

Pekin Universitetinin nümayəndə heyəti BDU-da olub

21/06/2018

Pekin Universitetinin prorektoru, professor Gang Tianın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

“Çin dili körpüsü” adlı müsabiqənin qalibləri müəyyənləşib

12/05/2018

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinhuanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

Pekin Xarici Dillər Universitetinin rektoru BDU-da olub

20/04/2018

Pekin Xarici Dillər Universitetinin rektoru, professor Pen Lonun başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

Bütün xəbərlər