Konfutsi
Konfutsi İnstitutunun yaranmasının altıncı ildönümü münasibətilə Çin dilində mahnı müsabiqəsi keçirilib
28/04/2017

Bakı Dövlət Universiteti Konfutsi İnstitutunun yaranmasının altıncı ildönümü münasibətilə Çin dilində mahnı müsabiqəsi keçirilib.

İnstitutunun Azərbaycan üzrə direktoru Oqtay Cəlilbəyli tədbiri açaraq bildirib ki, Azərbaycanda Çin dili tədrisinin inkişafına həsr olunan müsabiqənin təşkilinin məqsədi ölkəmizdə bu dilə marağı artırmaqdır. O bu il Konfutsi İnstitutunun yaranmasının altıncı ildönümü münasibətilə Bakıda bir sıra tədbirlərin keçiriləcəyini də diqqətə çatdırıb.

Konfutsi İnstitutunun Çin üzrə direktoru xanım Luo Siaocı bildirib ki, bu gün Çin dilini, ümumiyyətlə, Çin mədəniyyətini sevənlərin bayramıdır. 2011-ci il aprelin 22-də BDU-nun nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayıb. Ötən altı il ərzində bir çox çətinliklərin öhdəsindən gəldik, uğurlar əldə etdik. Hər il Azərbaycanda Çin dilinə artan maraq buna əyani sübutdur.

Çinin Azərbaycandakı səfirinin katibi Zheng Haining səfir Vey Cinhuanın təbriklərini tədbir iştirakçılarına çatdırıb. Zheng Haining bildirib ki, Çin mahnıları təkcə gözəl və melodik səslənməsi ilə deyil, həm də Çinin tarixi və mədəniyyətini əks etdirməklə insanların marağına səbəb olur. Bu gün belə bir tədbirin keçirilməsi Azərbaycan-Çin münasibətlərinin inkişafından xəbər verir.

Sonra müsabiqə çərçivəsində Çin dilini öyrənən, Çin milli mədəniyyətini sevən azərbaycanlılar bilik və bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar yarışa fərdi və ya qrup şəklində qatılıblar. Müsabiqədə Konfutsi İnstitutunun tələbələri ilə yanaşı, Çin dilini öyrənən digər gənclər də iştirak ediblər.

Müsabiqənin sonunda ilk üç yerə layiq görülənlərə və fərqlənənlərə mükafatlar təqdim olunub.

Xəbərlər
Çin dili müsabiqəsinin qalibləri mükafatlandırılıb

10/12/2018

BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çin dili üzrə bu il ikinci dəfə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

 

Çinin Xefey şəhərində BDU-nun dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb

01/11/2018

Çinin Xefey şəhərindəki nüfuzlu Anxoy Universitetində Bakı Dövlət Universitetinin dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi açılıb

 

Pekin Universitetinin nümayəndə heyəti BDU-da olub

21/06/2018

Pekin Universitetinin prorektoru, professor Gang Tianın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

“Çin dili körpüsü” adlı müsabiqənin qalibləri müəyyənləşib

12/05/2018

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinhuanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

Pekin Xarici Dillər Universitetinin rektoru BDU-da olub

20/04/2018

Pekin Xarici Dillər Universitetinin rektoru, professor Pen Lonun başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

Bütün xəbərlər