Konfutsi
Çin Yeni ili
22/02/2013

İlk dəfə “Çin Yeni ili” 2012-ci ilin fevral ayının 9-da keçirilmişdir,bu il isə  “Çin Yeni ili” Bakı Dövlət Universiteti nəzdindəki  Konfutsi İnstitutu və Xəzər Universitetinin birgə əməyi nəticəsində böyük uğurla keçirildi.  Tədbirdə ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hong Jyuyin, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Bakı Dövlət Universitetinin prorektorları Aydın Kazımzadə və Nəbi Ramazanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  prorektoru Əlikram Abdullayev, Strateji Araşdırmalar İnstitutunun direktoru cənab Məmmədov, Azərbaycan mədəniyyət Assosiyasiyasının prezidenti cənab Məmmədov, Azərbaycandakı Çin şirkətlərinin nümayəndələri, KİV-i nümayəndələri, 300-dən artıq Çinli tələbələr və Konfutsi İnstitutunun tələbə və müəllim heyəti Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunun tədbirində iştirak etdilər.

Bakı vaxtı ilə saat 12:00da Xəzər Universitetinin akt zalı daxildən və xaricdən Çin fənərləri ilə, üzərində “fu” yəni  “xoşbəxtlik” yazılan Çin düyünləri və digər Çin bəzəkləri ilə bəzənmiş halda qonaqları “Çin Yeni ili”ni qeyd etmək üçün gözləyirdi.

Mədəni tədbir başladıqdan öncə ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Hong Jyuyin çıxış etdi. Çıxışda cənab səfir tədbirin bütün iştirakçılarını Yeni il münasibəti ilə təbrik etdi, daha sonra Çin ilə Azərbaycan arasında münasibətlərin xeyli inkişaf etdiyini vurğuladı və həmçinin onu da qeyd edti ki, Çin dili Azərbaycan  gənclərinin ən çox maraq göstərdiyi və öyrəndiyi dillərdən biridi. Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutu təkcə Çin dilini öyrənmək üçün vacib platforma deyil, eləcə də Azərbaycan və Çin xalqları arasında bir körpüdü. Konfutsi İnstitutunun təşəbbüsü ilə keçirilən “Çin Yeni ili” tədbiri Azərbaycan xalqının Çin mədəniyyətinin tanımasında böyük rol oynadı.  Səfir bütün tələbələrə səylə oxumağı, tezliklə Azərbaycanın dövlət xadimlərinə çevrilməyi və Azərbaycanla Çin arasında əlaqələrin inkişaf etdirilməsində bir nümayəndə kimi iştirak etməyi arzuladı.

Bakı Dövlət Universitetinin prorektoru, Xəzər Universitetinin rektoru,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndəsi  və digərləri öz ürək sözlərini bildirdilər və ayrı-ayrılıqda Çin mədəniyyətinə qarşı olan dostluq münasibətlərini və Çin ilə Azərbaycan arasında əlaqələr haqqında ən xoş arzularını bildirdilər. Tədbir çərçivəsində cənab səfir Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunun 13 ən fərqlənən tələbələrini təbrik edib, onlara hədiyyə və sertifikatları təqdim etdi.

Mədəni proqramın açılışı “Yeni iliniz mübarək” mahnısı ilə baş tutdu, daha sonra Konfutsi İnstitutunun tələbələri auditoriyaya öz Yeni il arzularını çatdırdılar. Tədbir gitara ilə ifa olunan mahnı ilə,şən və məzəli şerlər və  yanıltmaclarla, Çin rəqsləri və Çin döyüş sənəti tayciçuan nümayişi ilə davam etdi və auditoriyanın alqışları ilə qarşılandı. Mədəni tədbirdə Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunun tələbələrindən əlavə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri və Xəzər Universitetinin tələbələri də iştirak etdilər.

Çıxışlar 2 saata yaxın davam etdi və çıxış edən tələbələr çıxışlardan böyük zövq aldıqlarını söylədilər və qeyd etdilər ki, məhz belə tədbirlər Çin mədəniyyətinin tanınmasında ən yaxşı vasitədir.

Bu tədbirin sayəsində Konfutsi İnstitutunun tələbələri Çin mədəniyyətinin və Çin Yeni ilinin adət ənənələri ilə daha yaxından tanış oldular, Çin dilinə qarşı maraqları daha da artdı, Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunun tanınma səviyyəsi artdı və iki ölkənin gənclərinin dostluq münasibətlərinin daha da inkişaf etməsinə yaxşı bir mühit yarandı.

Tərcümə etdi: Əliyeva C.E.

 

 

 

 

 

 

 

Xəbərlər
Çin Yeni ili

22/02/2013

Çin mədəniyyəti ilə böluşmək üçün və“Çin yeni ili”ni qeyd etmək üçün, Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutu Xəzər Universiteti ilə birgə “Çin Yeni ili” tədbirini keçirdi

Konfutsi İnstitutunun əlaçıları

24/01/2013

Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutu 2012-ci tədris ilinin 13 əlaçı tələbələrin siyahısını təqdim edir:

Növbəti fotosərgi

17/12/2012

Sinhua agentliyi və Konfutsi İnstitutunun Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilmiş fotosərgi

Fotosərginin açılışı

07/12/2012

Sinhua  agentliyinin və Konfutsi İnstitutunun “Azərtac ” xəbərlər agentliyində keçirdiyi fotosərgi

Tələbələrimizin nailiyyətləri

31/10/2012

Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunun tələbəsi - Sadiqin  7-ci Zhenzhou beynəlxalq Shaolin ushu yarışmasında iştirakı.

Bütün xəbərlər