Konfutsi
BDU-da “Konfutsi institutları günü”nə həsr edilmiş tədbir təşkil edilib
25/10/2017

Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının nəzdindəki Konfutsi İnstitutu universitetin tələbə və müəllim heyəti ilə birlikdə Qlobal “Konfutsi institutları günü”nə həsr edilmiş tədbir təşkil edib.

Tədbir çərçivəsində Çin və Azərbaycan dillərində şer müsabiqəsi keçirilib.

Tədbirin açılışında BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan üzrə direktoru Oqtay Cəlilbəyli və Çin üzrə direktoru xanım Luo Siaocı çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.

Bildirilib ki, Azərbaycanda Çin dilinin tədrisinin inkişafına həsr olunan müsabiqənin təşkilinin məqsədi ölkəmizdə bu dilə marağı artırmaqdır.

Sonra müsabiqə çərçivəsində Çin dilini öyrənən, Çin milli mədəniyyətini sevən azərbaycanlılar bilik və bacarıqlarını nümayiş etdiriblər. “Vətən” mövzusuna həsr olunmuş şer müsabiqəsində 50-yə yaxın iştirakçı Çin və Azərbaycan dillərində 20 şer təqdim edib.

Müsabiqədə Konfutsi İnstitutunun tələbələri ilə yanaşı, Çin dilini öyrənən digər gənclər də iştirak ediblər.

Konfutsi İnstitutunun müəllimləri Çin milli rəqsi təqdim edib. Onların çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Müsabiqənin sonunda ilk üç yerə layiq görülənlərə və fərqlənənlərə mükafatlar təqdim olunub.

Qeyd edək ki, BDU-nun nəzdindəki Konfutsi İnstitutu ənənəvi olaraq hər il Qlobal “Konfutsi institutları günü”nə həsr olunmuş bir sıra tədbirlər təşkil edir.

Azertag.az

Xəbərlər
Çin dili müsabiqəsinin qalibləri mükafatlandırılıb

10/12/2018

BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çin dili üzrə bu il ikinci dəfə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

 

Çinin Xefey şəhərində BDU-nun dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb

01/11/2018

Çinin Xefey şəhərindəki nüfuzlu Anxoy Universitetində Bakı Dövlət Universitetinin dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi açılıb

 

Pekin Universitetinin nümayəndə heyəti BDU-da olub

21/06/2018

Pekin Universitetinin prorektoru, professor Gang Tianın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

“Çin dili körpüsü” adlı müsabiqənin qalibləri müəyyənləşib

12/05/2018

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinhuanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

Pekin Xarici Dillər Universitetinin rektoru BDU-da olub

20/04/2018

Pekin Xarici Dillər Universitetinin rektoru, professor Pen Lonun başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

Bütün xəbərlər