Konfutsi
BDU-da Çin Yeni ili qeyd olunub
03/03/2018

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Yeni ili qeyd olunub. Tədbirin açılışında çıxış edən Konfutsi İnstitutunun Azərbaycan üzrə direktoru Oqtay Cəlilbəyli iştirakçıları “Çundjie” - Bahar bayramı münasibəti ilə təbrik edib.

O, ölkəmizdə Çin dili və mədəniyyətinin tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdən, Konfutsi İnstitutunun iki ölkə arasında mədəniyyət, o cümlədən elm-təhsil sahəsində körpü rolunu oynadığını qeyd edib. Belə ki,  adıçəkilən qurum  vasitəsilə Azərbaycanda Çin dilinin tədrisi təşkil olunur, Çin mədəniyyətinin yayılması həyata keçirilir.

Konfutsi İnstitutunun Azərbaycanda 9 filialının yaradıldığını deyən Oqtay Cəlilbəyli onun hər il imtahanlar təşkil etdiyini, tələbələrin Çinə  təhsil almağa göndərildiyini  qeyd edib.

Daha sonra BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Çin üzrə direktoru xanım Luo Siaoc Çinin milli adət-ənənələri, mərasimləri, bayramları haqqında məlumat verib. O, Çin Yeni ili bayramının Azərbaycanda Novruz ərəfəsində keçirilməsini mədəniyyətlərimizin qədim köklərə malik olması ilə əlaqələndirib. Direktor ötən illər ərzində Konfutsi İnstitutunun fəaliyyəti nəticəsində ölkələrimiz arasında möhkəm dostluq  əlaqələrinin yarandığını bildirib.

Tədbirin bədii hissəsində Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, ADA, Bakı Mühəndislik Universitetinin tələbələrinin, Konfutsi İnstitutunun gənc müdavimlərinin ifasında rəqslər, Çin xalq mahnıları və səhnəciklər təqdim edilib, bu ölkənin şairlərinin yaradıcılığından nümunələr səsləndirilib.

 

Xəbərlər
Çin dili müsabiqəsinin qalibləri mükafatlandırılıb

10/12/2018

BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çin dili üzrə bu il ikinci dəfə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

 

Çinin Xefey şəhərində BDU-nun dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb

01/11/2018

Çinin Xefey şəhərindəki nüfuzlu Anxoy Universitetində Bakı Dövlət Universitetinin dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi açılıb

 

Pekin Universitetinin nümayəndə heyəti BDU-da olub

21/06/2018

Pekin Universitetinin prorektoru, professor Gang Tianın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

“Çin dili körpüsü” adlı müsabiqənin qalibləri müəyyənləşib

12/05/2018

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinhuanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

Pekin Xarici Dillər Universitetinin rektoru BDU-da olub

20/04/2018

Pekin Xarici Dillər Universitetinin rektoru, professor Pen Lonun başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

Bütün xəbərlər