Konfutsi
Fotosərginin açılışı
07/12/2012

05.12.2012 ildə yerli vaxtla günorta saat 11:00-da, ”Azərtaç” xəbərlər agentliyinin nümayəndələri tədbirdə iştirak etmişdilər, media nümayəndələri yerlərini almışdılar.Girişdə “ AZƏRBAYCAN-ÇİN 20 İLLİK DOSTLUQ MÜNASİBƏTİNİN TƏNTƏNƏLİ QEYDİ”, ”ƏBƏDİ AZƏRBAYCAN-ÇİN DOSTLUĞU” yazısı yer almışdır. Sinhua agentliyi və Konfutsi İnstitutu tərəfindən “Azərbaycanda ikinci fotosərgi” keçirilmişdir.

Mərasimdə “Azərtaç”xəbərlər agentliyinin direktoru cənab A.Aslanov xüsüsi iştirak etmişdir.Açılış mərasimində iştirak etdilər: Çinin Azərbaycandaki səfiri Hong Juyin, Xinhua aqentliyinin Bakıdakı müxbiri Liu Yang və Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunun direktoru Hu Fenghua , həmçinin Xinhua aqentliyinin nümayəndələri, Çin müəllimlərinin nümayəndələri, Azərbaycanin nümayəndələri, Liu Yang, 200 nəfər iştirakçi var idi.

Açılış mərasimində cənab A.Aslanov çıxışı etdi.A.Aslanov:”Bu il Azərbaycan-Çin dostluğunun 20 illiyidir, ”Azərtaç” xəbərlər agentliyində keçirilən “Çin – bizim şərq dostumuzdur” adlanan fotosərgi “Azərtaç” xəbərlər  agentliyi ilə Xinhua agentliyinin  birgə dostluq işidir.İndi Çin dili öyrənənlərin sayi daha da artmaqdadır, Konfutsi İnstitutu Bakı şəhərindəki universitetlərdə Çin dilini inkişaf etdirir, Çin dilinin və mədəniyyətinin inkişafında böyük rol oynayır.

Cənab A.Aslanovun çıxışından sonra Çinin Azərbaycandakı səfiri Hong Juyin çixiş etdi.O geyd etdi ki, “Azərtaç”xəbərlər agentliyi  və  Xinhua agentliyinin birgə işləri Çin və Azərbaycan münasibətlərini dahada möykəmləşdirir, bu sərgi isə bizi Çin mədəniyyətini anlamağ üçün bir pillədə yaxın edir.

Bakı Dövlət Universiteti  nəzdindəki Konfutsi İnstitutunun direktoru Hu Fenghua və Xinhua agentliyinin jurnalisti Liu Yang da çıxış etdilər .Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutu Azərbaycanda yeganə Konfutsi İnstitutudur.Konfutsi İnstitutu iki ölkə arasında olan münasibətləri möykəmləşdirir və genişləndirir. Fotosərginin köməkliyi ilə azərbaycanlılar  Çin mədəniyyətini dahada yaxşı anlayacaq, Konfutsi İnstitutu Çin mədəniyyətini öyrənmək üçün bir başlanqıc olduğunu görə bilərlər.

Sonda Çin səfiri Hong Juyin, “Azərtaç” xəbərlər  agentliyinin direktoru ,Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunun direktoru Hu Fenghua, Xinhau agentliyinin jurnalisti Liu Yang birlikdə qırmızı lenti kəstikdən sonra fotosərgini seyr etdilər.

Keçirilən fotosərgi insanların böyük diqqətinə səbəb oldu. “Azərtaç” xəbərlər  agentliyi, Azərbaycan media və televiziyası keçirilən fotosərgidə çəkilişlər apardılar.Yerli telekanal  AZTV xəbərlərdə fotosərginin keçirilməsi xəbərini yayınlandırmışdır.

Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutu

Hu Fenghua, Liu Yangfeng,Yue Ruiying.

Tərcümə edti: Hüseynova F.


 

Xəbərlər
Çin Yeni ili

22/02/2013

Çin mədəniyyəti ilə böluşmək üçün və“Çin yeni ili”ni qeyd etmək üçün, Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutu Xəzər Universiteti ilə birgə “Çin Yeni ili” tədbirini keçirdi

Konfutsi İnstitutunun əlaçıları

24/01/2013

Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutu 2012-ci tədris ilinin 13 əlaçı tələbələrin siyahısını təqdim edir:

Növbəti fotosərgi

17/12/2012

Sinhua agentliyi və Konfutsi İnstitutunun Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilmiş fotosərgi

Fotosərginin açılışı

07/12/2012

Sinhua  agentliyinin və Konfutsi İnstitutunun “Azərtac ” xəbərlər agentliyində keçirdiyi fotosərgi

Tələbələrimizin nailiyyətləri

31/10/2012

Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunun tələbəsi - Sadiqin  7-ci Zhenzhou beynəlxalq Shaolin ushu yarışmasında iştirakı.

Bütün xəbərlər