Konfutsi
Xəzər dənizinin sahilində Anxoy üslubunun sədaları

Xəzər dənizinin sahilində Anxoy üslubunun sədaları

07.05.2012

 

BDU nəzdindəki Konfutsi İnstitutunda  Anxoy Universitetinin “Sansun” ansamblının tədbiri haqqında hesabat.

 

23-27 aprel 2012-ci il tarixlərində, Azərbaycan – Çin dostluq münasibətlərinin 20 illik yubileyi və BDU nəzdində Konfutsi İnsitutunun birinci ildönümü münasibəti ilə, Anxoy universitetindən Çin Kommunist Partiyası fakültə təçkilatının katibi Li Fuşenın rəhbərliyi altında 18 nəfərdən ibarət olan ansamblın nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakıya təşrif buyurmuşdur. Nümayəndə heyəti 5 gün ərzində 3 mühazirə, 4 sərgi, 3 konsert nümayiş etdi, Azərbaycan xalqını Anxoy üslubu və Çin mədəniyyəti ilə yaxından tanış etdi.

Ədəbiyyat və incəsənət hər zaman müxtəlif xalqları birləşdirib. Nümayəndə heyəti Azərbaycan xalqına zəngin və çox sahəli Çin mədəniyyətinin üslublarını nümayiş etdirdi: Anxoy vilayətinin özünəməxsus operası, milli rəqslər, bir sıra xalq mahnıları, milli musiqi alətlərində ifa, musiqi müşaəti ilə rəsm və xəttatlıq və s.

Çin dilində sözləri öyrənmək Çin mədəniyyətini hiss etmək deməkdir.

24 aprel tarixində Anxoy Universitetinin beynəlxalq tədris şöbəsinin müdür müavini, əcnəbilər üçün Çin dilini tədris edən professor Yan Syaoli BDU nəzdində Konfutsi İnstitutunnun müəllim və tələbələri üçün “Çin dilində sözləri necə asan öyrənmək olar” mövzusunda mühazirə oxumuşdur.

Professor Yan Syaoli əvvəlcə “Sözləri öyrənmək vacibdir”, “Çin dilində sözlər çox maraqlıdır”, “Çin dilində sözləri mükəmməl öyrənmək olar” üç müxtəlif nəzər nöqtələrindən mühazirəsinə başladı. Sonra o hər mövzuya aid misal çəkdi, tələbələrə misalları ayırıb müqayisə etmək imkanı yaratdı.

Yan Syaoli məzmuna dair misallar çəkəndə çox sadə və asan anlanan dildən istifadə edirdi ki, tələbələr mühazirənin əsas məqamlarının yaxşı qavrasınlar.

 

Fırça ilə möhtəşəm Çin mədəniyyətinin inciləri canlanır.

Aprelin ayının 25-i və 26-ı  Azərbaycan Dillər Universitetində və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Anxoy Universitetinin rənqkarlıq ixtisası üzrə magistrı Vey Cimin “Çin rəssamlığı necə də gözəldir” adlı mühazirələr keçirdi. O, Çindən rəsm üçün xüsusi alətlər, fırçalar, kağız və s. əşyaları gətirmiş, mühazirə zamanı dinləyiciləri onlar ilə tanış etmiş və bununla da hamiya Çin ənənəvi rəssamlığını daha yaxından hiss etməyə imkan yaratmışdır. Mühazirə bitdikdən sora Vey Cimin dinləyicilərə sərgini nümayiş etdirdi və onların bir çox suallarını cavablandırdı. İnsanlar rəsmlərdən heyrətə gəlmişdilər.

 

Anxoy üslubunun incəsənəti sərhəd tanımır

Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında və Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında Çin rəssamlığı və xəttatlığı sərgiləri keçirilmişdir. Cəmi 25 rəsm nümayiş olundu, aralarında insan portretləri, mənzərə rəsmləri, gül-çiçək və quş təsvirləri vardır; 13 xəttatlıq əsəri, onların arasında Kay Şu, Sin Şu, Sao Şu, Caun Şu adlı müxtəlif növlər vardır. Bütün bu əsərlər Anxoy Universitetinin müəllim və tələbələri tərəfindən çəkilmişdir.

Sərgi bir çox müəllim və tələbələrin, hətta digər insanların marağına səbəb oldu. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər üzrə prorektoru, Azərbaycan Dillər Universitetinin birinci prorektoru, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiyasıyasının sədri və s. sərgidən heyrətə gəlib yüksək qiymət verdilər. Rəslmərə tamaşa edən tələbələr maraqlarını gizlədə bilməyib Konfutsi İnsitutun işçilərinə dayanmadan hər bir rəsm haqqında bitməz suallar verirdilər. BDU-nun bir neçə tələbəsi sərgidən sonra rəssama onların Çinə gedib və orada digər rəsmlərə tamaşa etmək arzusunda olduğlarını bildirdilər.

 

Çin mədəniyyəti Bakıda çiçəklənir

24-26 aprel tarixlərində nümayəndə heyəti Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universitetində və Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında 3 möhtəşəm konsert proqramı ilə çıxış etdilər.Konsertlər böyük uğur qazanıb, tamaşaçıları Çin mədəniyyəti ilə daha yaxında tanış etdilər.

26 aprel Bakı vaxtı ilə axşam saat 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında ansamblın sonuncu konserti olmuşdur. 400 nəfərlik zalda boş yer yox idi. Konsert anşlaq ilə keçdi. Konsertə gələn qonaqlərın arasında Azərbaycanın tədris və mədəniyyət sahələrinin nümayəndələri və digər qonaqlar var idi.

Konsert 2 saat davam etdi. Çin milli musiqi aləti huluosıda ifanın müşaəti ilə “Ay işığının altında bambuk” rəqsi; çing adlanan musiqi alətinin ifası ilə gözəl rəsmin çəkilməsi tamaşaçılara xoş təsərüfat bağışlayıb, hamı tərəfindən bəyənildi. “Dadlı araq badəsi”, “Mayilanın variasiyaları” və digər mahnılar gürultulu alqışlara səbəb oldu. BDU nəzdində Konfutsi İnstitutunun azərbaycanlı tələbəsinin Şaolin konfusunun nümayiş etdirməsi tamaşaçıları şox təəcübləndirdi. Onun geyimi qədim rahiblərin geyimi ilə eyni idi, etdiyi hərəkətlər də doğrudan da valehedici idi. Sonuncu çıxış “Yantszi çayında gözəl bahar fəsli” rəqsi konserti tammamlayıb alqışlarla yola salındı.

Konsert bitandən sonra tamaşaçılar səhnəyə qalxıb ifaçılara gül təqdim edib, şəkil çəkdirdilər. Azərbaycan Mədəniyyət Təşkilatının sədri heyrətlə bu sözləri dedi: “Konfutsi İnsitutuna dəvətinə görə böyük təşəkkürümü bildirirəm. Çin mədəniyyəti heyranedicidir! Bu cür  tədbirlər Azərbaycan və Çin xalqını bir-birinə daha da yaxınlaşdırır, gələcəkdə də belə tədbirlər təşkil etmək çox yaxşı olardı”. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər üzrə prorektoru Şəlalə xanım və Azərbaycan Dillər Universitetinin birinci prorektoru Yusif müəllim çıxışları ikinci dəfə idi ki, izləyirdilər. Konserti yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında izləyən Yusif müəllim dedi: “Çıxışlar əla idi! Mənim çox xoşuma gəldi. Mən həmçinin insanları bu çıxışlara yenidən izləməyə dəvət etdim. Düşünürəm ki, Azərbaycan və Çin xalqı hər ikisi Şərq xalqlarıdır, demək mədəniyyətlərimizdə hardasa biri birinə bənzəyir, mənəvi tərəfdən çox yaxındırlar.”

Bu “Sansun” tədbiri bir növ tədris və incəsənət paylaşması tədbiri idi. Baxmayaraq ki, biz ayrı milliyətlərə aidik, müxtəlif dillərdə danışırıq, amma incəsənətə gəldikdə ürəylərimiz bir döyünür. Çin-Azərbaycan dövlətlərinin dostluq münasibətlərinin 20 illik yubileyi və “Sansun” nümayəndə heyəti Bakıya təşrif buyurması Azərbaycan və Çin xalqlarının birgə mədəniyyət körpüsü qurmaq deməkdir.

“Sansun” tədbiri Azərbaycan mediyasının da böyük marağına səbəb oldu. Azərbaycan Dovlət Televiziyası (Aztv), 3 qəzet nəşri, Azərbaycan Republikası Müstəqillik qəzetinin yazarı və Çin Xalq Respublikasının Sinhua aqentliyinin jurnalisti tədbiri qələmə aldılar.

BDU nəzdində Konfutsi İnstitutu   Yan Lyu, Sun Yan, Xuan Li, Çen Lin

Tərcümə etdi: Abdullayeva Şərqiyyə

 

 

 

 

Xəbərlər
Çin Yeni ili

22/02/2013

Çin mədəniyyəti ilə böluşmək üçün və“Çin yeni ili”ni qeyd etmək üçün, Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutu Xəzər Universiteti ilə birgə “Çin Yeni ili” tədbirini keçirdi

Konfutsi İnstitutunun əlaçıları

24/01/2013

Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutu 2012-ci tədris ilinin 13 əlaçı tələbələrin siyahısını təqdim edir:

Növbəti fotosərgi

17/12/2012

Sinhua agentliyi və Konfutsi İnstitutunun Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilmiş fotosərgi

Fotosərginin açılışı

07/12/2012

Sinhua  agentliyinin və Konfutsi İnstitutunun “Azərtac ” xəbərlər agentliyində keçirdiyi fotosərgi

Tələbələrimizin nailiyyətləri

31/10/2012

Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunun tələbəsi - Sadiqin  7-ci Zhenzhou beynəlxalq Shaolin ushu yarışmasında iştirakı.

Bütün xəbərlər