Konfutsi
Azərbaycanda ilk HSK imtahanı

Azərbaycanda ilk HSK imtahanı

14 aprel 2012-ci il tarixində Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnsitutu tərəfindən ilk yeni HSK imtahanı təşkil edilmişdir. İmtahan planlaşdırıldığı kimi BDU-nun əsas binasının 1-ci mərtəbəsində keçirilmişdir. İmtahanda 28 tələbə 1-6 səviyyə üzrə iştirak edib. Tələbələrin əksəriyyəti Şərqşünaslıq fakültəsinin Çin dili ixtisası və Konfutsi İnsitutunun tələbələri idi. İmtahan günün birinci və ikinci yarısında keçirilmişdir.

Konfutsi İnsitutu imtahanı yüksək səviyyədə təşkil etdi, tələbələrə əvvəlcə imtahan haqqında məlumat verildi, sonra Hanban Baş İdarəsi tərəfindən göndərilən imtahan sualları ilə tanışlıq baş verdi, cavab kartının necə doldurması haqqında geniş izahat verildi. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə prorektoru Şəlalə Məmmədova və Konfutsi İnsitutunun Çin və Azərbaycan tərəflərindən direktorları Hu Fenghua və Oqtay Cəlilbəyli imtahan gedişinə nəzarət edib, bu cür imtahanların keçirilməsinin alqışlayıb və dıstık olduğlarını bildirdilər.

İlköncə imtahanı keçirən müəllimlər ciddi nəzarətdən keçdi, tələbələri  qeydiyyatdan keçirib, imtahan  kitabçalarını hazırladılar, imtahan keçiriləcək otağları hazırladılar, tələbələrin imtahanda iştirakını qeyd etdilər. İmtahan günü ədalətli və düzgün imtahanı keçirib, sual və cavab kartlarını yoxalamaya göndərdilər.

İmtahanda iştirak edənlərin arasında müəllim və tələbələr, iş adamları, gecə klubunda DJ və evdar xanım var idi. İmtahan verənlərdən ən yaşlısı 61 yaşlı BDU-nun Azərbaycan dili filologiası kafedrasının müəllimi Fikrət Əlizadə ən kiçiyi isə Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Ayşə Kərimova idi. Hər ikisi Konfutsi İnsitutunun başlanğıc qrupunun tələbəsidirlər, Çin dilini 2 ay öyrəndiklərinə baxmayaraq HSK imtahanında iştirak etdilər.

HSK test imtahanı Azərbaycanda birinci dəfə idi ki Konfutsi İnsitutu tərəfindən keçirildi. Bu da o deməkdir ki,  Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnsitutu yeganə imtahan təçkil edən mərkəzdir, və burada Çin dilinin tədrisi dünya qloballaçma və stadartlaşmaya uyğun heyata keçirilir.

Xəbərlər
Çin dili müsabiqəsinin qalibləri mükafatlandırılıb

10/12/2018

BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çin dili üzrə bu il ikinci dəfə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

 

Çinin Xefey şəhərində BDU-nun dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb

01/11/2018

Çinin Xefey şəhərindəki nüfuzlu Anxoy Universitetində Bakı Dövlət Universitetinin dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi açılıb

 

Pekin Universitetinin nümayəndə heyəti BDU-da olub

21/06/2018

Pekin Universitetinin prorektoru, professor Gang Tianın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

“Çin dili körpüsü” adlı müsabiqənin qalibləri müəyyənləşib

12/05/2018

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinhuanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

Pekin Xarici Dillər Universitetinin rektoru BDU-da olub

20/04/2018

Pekin Xarici Dillər Universitetinin rektoru, professor Pen Lonun başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

 

Bütün xəbərlər